SON XƏBƏRLƏR
Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. Azərbaycan Davosda qlobal tərəfdaşlıq modelini təqdim edir
Gündəm

Azərbaycan Davosda qlobal tərəfdaşlıq modelini təqdim edir

21 yanvar 2026
18:51
Azərbaycan Davosda qlobal tərəfdaşlıq modelini təqdim edir

Prezident İlham Əliyevin 2026-cı il yanvarın 20-də Davos Dünya İqtisadi Forumunda keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın qlobal siyasi-iqtisadi sistemdə mövqeyinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini açıq şəkildə nümayiş etdirir.

Bunu "The Daily Baku" - ya açıqlamasında türk ekspert Toğrul İsmayıl bildirib.

Onun sözlərinə görə, bu görüşlər fonunda Bakının enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və nəqliyyat-logistika dəhlizləri üzrə irəli sürdüyü yanaşmalar təkcə iqtisadi əməkdaşlıq müstəvisində deyil, eyni zamanda Avropa və Avrasiya məkanında strateji tərəfdaşlıqların dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın mövqeyi praqmatik və uzunmüddətli planlamaya əsaslanır. 
"Son illərdə Avropada enerji mənbələrinin şaxələndirilməsi strateji prioritetə çevrilib və bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur. Davosda aparılan danışıqlar göstərdi ki, Bakı yalnız təbii qaz tədarükçüsü rolunda çıxış etmir, eyni zamanda enerji təhlükəsizliyini siyasi sabitlik, müqavilə intizamı və uzunmüddətli öhdəliklər kontekstində təqdim edir. Bu yanaşma Avropa İttifaqı ölkələri ilə münasibətləri sırf ticarət səviyyəsindən çıxararaq strateji etimad müstəvisinə daşıyır və Azərbaycanın Avrasiyanın enerji xəritəsində mövqeyini daha da möhkəmləndirir."

Toğrul İsmayılın fikrincə, yaşıl enerji gündəliyi Azərbaycanın enerji siyasətində keyfiyyət dəyişikliyinin bariz göstəricisidir.
" Davos görüşlərində bərpa olunan enerji, “yaşıl” hidrogen və karbon emissiyalarının azaldılması mövzularının ön plana çıxması onu göstərir ki, Azərbaycan qlobal iqlim gündəliyinə uyğunlaşan, lakin bunu milli maraqlarla uzlaşdıran model təklif edir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri və yaşıl enerjinin Avropaya ixracı perspektivləri Bakını Avropa üçün təkcə keçid dövrünün deyil, post-karbon enerji sisteminin də etibarlı tərəfdaşına çevirir. Bu isə tərəfdaşlıqların daha uzunmüddətli və institusional xarakter almasına zəmin yaradır."

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin Davosda apardığı danışıqların mühüm istiqamətlərindən biri də nəqliyyat-logistika dəhlizləri ilə bağlı olub.

"Qlobal tədarük zəncirlərinin böhran yaşadığı bir dövrdə Azərbaycanın Orta Dəhlizdə artan rolu xüsusi diqqət çəkir. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan öz infrastruktur imkanlarını geosiyasi üstünlüyə çevirir. Davos müzakirələri göstərdi ki, Bakı nəqliyyat-logistika məsələlərinə yalnız iqtisadi layihə kimi deyil, regional sabitlik və qarşılıqlı asılılıq yaradan geosiyasi alət kimi yanaşır."

Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın regional rolunu yeni mərhələyə çıxarır. Ölkə artıq sadəcə tranzit ərazi deyil, logistika təhlükəsizliyi, normativ uyğunlaşma və siyasi sabitlik təqdim edən mərkəz kimi çıxış edir.

" Bu isə Avrasiya məkanında geosiyasi balansların formalaşmasında Azərbaycanın təsir imkanlarını genişləndirir və Bakını regional proseslərin passiv iştirakçısından aktiv formalaşdırıcısına çevirir." 

Sonda Toğrul İsmayıl vurğulayıb ki, Davos görüşləri Azərbaycanın qlobal çağırışlara verdiyi cavabların sistemli və strateji xarakter daşıdığını nümayiş etdirdi.

" Enerji təhlükəsizliyi və yaşıl keçid sahəsində irəli sürülən təşəbbüslər Avropa və Avrasiya ilə tərəfdaşlıqları dərinləşdirir, nəqliyyat-logistika gündəliyi isə Azərbaycanın regional və qlobal rolunu yeni geosiyasi mərhələyə yüksəldir. Bu mənada Davos platforması Bakının uzunmüddətli inkişaf strategiyasının beynəlxalq auditoriyaya təqdim olunduğu mühüm siyasi-iqtisadi vitrin kimi dəyərləndirilə bilər."

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/azerbaycan-davosda-qlobal-terefdasliq-modelini-teqdim-edir
Paylaş:

Xəbər lenti

  • Binədə mağazada güclü yanğın qeydə alınıb
    Binədə mağazada güclü yanğın qeydə alınıb
  • Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
    Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
  • Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
    Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
  • Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
    Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
  • Sankt-Peterburqa dronlarla genişmiqyaslı hücum edilib
    Sankt-Peterburqa dronlarla genişmiqyaslı hücum edilib