SON XƏBƏRLƏR
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakının geosiyasi və hərbi-institusional aspektləri - TƏHLİL
Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakının geosiyasi və hərbi-institusional aspektləri - TƏHLİL

12 fevral 2026
12:24
Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakının geosiyasi və hərbi-institusional aspektləri - TƏHLİL

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının xarici və təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək olub. Bu kontekstdə Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı ölkənin qlobal təhlükəsizlik sisteminə inteqrasiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Birləşmiş Millətlər Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların himayəsi altında həyata keçirilən əməliyyatlara qoşulmaqla Azərbaycan özünü məsuliyyətli və etibarlı tərəfdaş kimi təqdim edib.

Azərbaycan Silahlı Qüvvələri aşağıdakı əsas beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edib:

Kosovo (1999–2008) – Azərbaycan sülhməramlı bölmələri NATO rəhbərliyində həyata keçirilən Kosovo Qüvvələri (KFOR) əməliyyatı çərçivəsində xidmət göstəriblər.

İraq (2003–2008) – Azərbaycan hərbi qulluqçuları ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin tərkibində iştirak edərək əsasən strateji obyektlərin mühafizəsini təmin ediblər.

Əfqanıstan (2002–2021) – Azərbaycan hərbi kontingenti NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF), daha sonra isə “Qətiyyətli Dəstək” Missiyası çərçivəsində təhlükəsizlik və mühafizə vəzifələrini yerinə yetirib.

Cənubi Sudan (2018) - Azərbaycanın Cənubi Sudanda BMT mandatlı missiyada iştirakı ölkənin qlobal sülhməramlı öhdəliklərə və beynəlxalq təhlükəsizliyə sadiqliyini göstərir.

Bu əməliyyatlarda iştirak Azərbaycanın beynəlxalq təhlükəsizlik təşəbbüslərinə sadiqliyinin konkret göstəricisi olub.

Kosovo əməliyyatı və ilk sülhməramlı təcrübə

1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölməsi NATO rəhbərliyində həyata keçirilən Kosovo Qüvvələrinin tərkibində Kosovoya göndərilib. Bu, Azərbaycan Ordusunun beynəlxalq sülhməramlı fəaliyyətə ilk ciddi inteqrasiyası kimi qiymətləndirilir.

Azərbaycan kontingenti əsasən patrul xidməti, strateji obyektlərin mühafizəsi və sabitliyin qorunması vəzifələrini yerinə yetirib. Bu missiya Azərbaycan hərbi qulluqçularının çoxtərəfli hərbi mühitdə səmərəli fəaliyyət göstərmək bacarıqlarının formalaşmasında mühüm rol oynayıb.

İraq əməliyyatı: Strateji tərəfdaşlıq mərhələsi

2003-cü ildən etibarən Azərbaycan hərbi qulluqçuları koalisiya qüvvələrinin tərkibində İraqda xidmətə başlayıblar. Onların əsas vəzifəsi mühüm infrastruktur obyektlərinin, o cümlədən Əl-Hadita su anbarının mühafizəsi olub.

Bu əməliyyat Azərbaycanın terrorizmə qarşı beynəlxalq səylərə verdiyi real töhfə kimi dəyərləndirilir. Eyni zamanda, bu missiya Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edib.

Əfqanıstan missiyası: Uzunmüddətli və sistemli iştirak

Azərbaycanın sülhməramlı fəaliyyətində ən genişmiqyaslı iştirak Əfqanıstanda, əvvəlcə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri, daha sonra isə “Qətiyyətli Dəstək” Missiyası çərçivəsində həyata keçirilib.

Azərbaycan kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi və digər təhlükəsizliklə bağlı tapşırıqların icrasında iştirak edib. 2021-ci ildə NATO qüvvələrinin ölkədən çıxarılması zamanı Azərbaycan hərbi qulluqçuları Əfqanıstanı tərk edən son kontingentlər arasında olub ki, bu da onların yüksək etibarlılıq və peşəkarlıq səviyyəsinin göstəricisi kimi geniş qiymətləndirilib. Bu baxımdan, ABŞ-ın vitse-prezidenti C.D. Vensin Azərbaycana son səfəri zamanı Azərbaycan sülhməramlılarının Əfqanıstandan ən son çıxan qüvvələr sırasında olmasını xüsusi qeyd edərək yüksək qiymətləndirməsi diqqətəlayiqdir.

Cənubi Sudan missiyası: BMT çərçivəsində iştirak

Cənubi Sudanda Birləşmiş Millətlər Təşkilatının sülhməramlı fəaliyyəti Darfur bölgəsində silahlı münaqişənin kəskinləşməsinə cavab olaraq başlanıb. 31 iyul 2007-ci ildə qəbul edilmiş 1769 saylı qətnamə ilə BMT Təhlükəsizlik Şurası Darfurda Birləşmiş Millətlər Təşkilatı və Afrika İttifaqının birgə sülhməramlı əməliyyatını – Darfur üzrə BMT-Afrika İttifaqı Missiyasını (UNAMID) təsis edib. Missiya 2007-ci ilin sonlarında fəaliyyətə başlayıb.

2018-ci ildə qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası bu BMT mandatlı Afrika missiyasında hərbi müşahidəçilər və qərargah zabitləri vasitəsilə iştirak etməyə başlayıb. Azərbaycanın Cənubi Sudan missiyasında iştirakı ölkənin beynəlxalq təhlükəsizliyə universal yanaşmasını və BMT mandatı altında həyata keçirilən əməliyyatlara ardıcıl sadiqliyini əks etdirir.

Cənubi Sudan missiyasında iştirak Azərbaycan Silahlı Qüvvələrinin institusional inkişafına əlavə töhfə verib. Çoxtərəfli qərargah mühitində fəaliyyət beynəlxalq qərargah prosedurlarına, BMT-nin əməliyyat planlaşdırma mexanizmlərinə və mürəkkəb, çoxmədəniyyətli əməliyyat mühitində koordinasiya təcrübəsinə yiyələnməni gücləndirib. Bu təcrübə NATO rəhbərliyində və koalisiya formatında keçirilmiş missiyalar zamanı əldə olunan peşəkar bacarıqları tamamlayaraq Silahlı Qüvvələrin müxtəlif beynəlxalq təhlükəsizlik çərçivələrinə uyğunlaşma imkanlarını genişləndirib.

Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı beynəlxalq hüququn və kollektiv təhlükəsizlik prinsiplərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan özünü təkcə regional aktor kimi deyil, beynəlxalq təhlükəsizliyin təmin olunmasında qlobal səviyyədə məsuliyyətli tərəfdaş kimi nümayiş etdirib.

Bu iştirak bir neçə əsas istiqamətdə töhfə verib:

Münaqişə zonalarının sabitləşdirilməsinə real hərbi dəstəyin göstərilməsi;
Terrorizm və radikalizmə qarşı beynəlxalq səylərə qoşulma;
Çoxtərəfli təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi.

Beləliklə, Azərbaycan beynəlxalq təhlükəsizliyin “istehlakçısı” deyil, ona töhfə verən aktor kimi mövqeyini formalaşdırıb.

Sülhməramlı əməliyyatlarda iştirak həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə NATO ilə əməkdaşlığını dərinləşdirib. Bu proses ölkənin siyasi etibarlılığının artmasına, etibarlı tərəfdaş imicinin formalaşmasına və beynəlxalq təhlükəsizlik arxitekturasında mövqeyinin möhkəmlənməsinə şərait yaradıb. Azərbaycanın çoxvektorlu xarici siyasəti çərçivəsində sülhməramlı fəaliyyət praktik əməkdaşlıq platforması rolunu oynayıb.

Bundan əlavə, sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Silahlı Qüvvələrinin transformasiyasına əhəmiyyətli təsir göstərib. Çoxtərəfli əməliyyat mühitində birbaşa fəaliyyət, NATO prosedurları, komanda-nəzarət sistemləri və logistika mexanizmləri ilə tanışlıq ordunun institusional inkişafını sürətləndirib.

Bu təcrübə nəticəsində:

Şəxsi heyətin peşəkar hazırlıq səviyyəsi yüksəlib;
NATO standartlarına uyğun əməliyyat planlaşdırılması üzrə təcrübə qazanılıb;
İngilisdilli komanda mühitində fəaliyyət bacarığı formalaşıb;
Döyüş hazırlığı və taktiki çeviklik artıb.

Bu təcrübə Azərbaycan Silahlı Qüvvələrinin sonrakı modernləşmə prosesində və əməliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayıb.

Nəticə etibarilə, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakı ölkənin müstəqil dövlət kimi beynəlxalq sistemə inteqrasiyasının əsas istiqamətlərindən birini təşkil edib. Kosovo, İraq, Əfqanıstan və Cənubi Sudan missiyalarında iştirak beynəlxalq sülh və təhlükəsizliyə real töhfə verməklə yanaşı, Azərbaycanın qlobal təhlükəsizlik təşəbbüslərində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Eyni zamanda, bu əməliyyatlar Silahlı Qüvvələrin peşəkar inkişafı, beynəlxalq standartlara uyğunlaşması və döyüş qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət kəsb edib. Bu baxımdan, sülhməramlı fəaliyyət Azərbaycan Respublikasının təhlükəsizlik siyasətində həm xarici fəallığı, həm də daxili modernləşməni birləşdirən kompleks mexanizm kimi çıxış edir.

Mətin Məmmədli
BMTM şöbə müdiri

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/azerbaycan-silahli-quvvelerinin-sulhmeramli-emeliyyatlarda-istirakinin-geosiyasi-ve-herbi-institusional-aspektleri-redtehlilred
Paylaş:

Xəbər lenti

  • XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
    XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
  • Binədə mağazada güclü yanğın qeydə alınıb
    Binədə mağazada güclü yanğın qeydə alınıb
  • Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
    Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
  • Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
    Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
  • Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
    Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib