SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycanın iştirakı ilə yeni Asiya-Avropa enerji superşəbəkəsi formalaşır
Siyasət

Azərbaycanın iştirakı ilə yeni Asiya-Avropa enerji superşəbəkəsi formalaşır

6 may 2026
09:34
Azərbaycanın iştirakı ilə yeni Asiya-Avropa enerji superşəbəkəsi formalaşır

"Black Sea Energy Cable" layihəsi Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək və Avrasiya məkanında enerji şəbəkələrinin inkişafının yeni məntiqini müəyyən etmək qabiliyyətinə malik olan, formalaşmaqda olan transregional enerji arxitekturasının əsas elementlərindən birinə çevrilir.

"The Daily Baku" "Report"a istinadən verdiyi xəbərə görə, bunu "ACWA" şirkətinin Mərkəzi Asiya üzrə prezidenti Abid Malik Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində keçirilən, Asiya superşəbəkəsinin yaradılması perspektivlərinə həsr olunmuş seminarda bildirib.

A.Malik xatırladıb ki, Mərkəzi Asiyada artıq bir sıra inteqrasiya olunmuş enerji platformaları fəaliyyət göstərir: "Xüsusilə, "CASA-1000" layihəsi Tacikistan və Qırğızıstanın enerji sistemlərini birləşdirir. Hazırda isə Əfqanıstan və Pakistanın qoşulması məqsədilə layihə genişləndirilir. Paralel olaraq, regionun Tacikistan və Qırğızıstandan tutmuş Özbəkistan və Qazaxıstana qədər beş ölkəsini əhatə edən Mərkəzi Asiya Birləşmiş Enerji Sistemi fəaliyyət göstərir".

Onun sözlərinə görə, bu təşəbbüslərin əlaqələndirilməsində və inkişafında mövcud layihələr arasında sinerji üçün katalizator rolunu oynayan və regional enerji inteqrasiyasının möhkəmləndirilməsinə kömək edən CAREC proqramı mühüm rol oynayır.

"İndi əsas məsələ bu sistemlərin təkcə regionun bütün ölkələrini əhatə etmək üçün deyil, həm də Monqolustanın qoşulması perspektivi ilə nə dərəcədə miqyaslandırıla bilməsindən ibarətdir", - A.Malik qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Asiyanın enerji sistemlərinin Azərbaycan və Gürcüstanla birləşdirilməsi və daha sonra Qara dəniz vasitəsilə Avropa bazarına, xüsusən də Rumıniya və Macarıstan istiqamətində çıxması perspektivlərinə xüsusi diqqət yetirilir: "Enerji şəbəkələrinin gələcəyi məhz budur. Suveren dövlətlər bu cür interkonnektorların yaradılmasından gələn real iqtisadi faydaları görməyə başlayırlar".

A.Malik əlavə edib ki, transsərhəd enerji infrastrukturunun inkişafında Avropanın liderliyinə baxmayaraq, hazırda oxşar proseslər bu gün daha geniş coğrafi kontekstdə, o cümlədən Səudiyyə Ərəbistanının Yaxın Şərq, Aralıq dənizi və ya Türkiyə ərazisi vasitəsilə Avropa ilə birləşdirilməsi layihələri də daxil olmaqla fəal şəkildə müzakirə olunur.

"Siyasi iradə əsas amil olaraq qalır. O, enerji sistemlərinin birləşdirilməsindən əldə edilən irimiqyaslı iqtisadi fayda aydın olduqda formalaşır", - deyə o yekunlaşdırıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/azerbaycanin-istiraki-ile-yeni-asiya-avropa-enerji-supersebekesi-formalasir
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub