The Daily Baku
Azovda baş verən hücumun qurbanlarının cənazələri ölkəyə gətiriləcək
9 iyun 2026
15:15

Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.
"Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 Azərbaycan vətəndaşının cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşın yaxın günlərdə Azərbaycana yola salınması nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azovda-bas-veren-hucumun-qurbanlarinin-cenazeleri-olkeye-getirilecek