Çinin cənub-qərbindəki Çuntsin bələdiyyəsində tikilməkdə olan avtomobil tunelinin ərazisində baş verən partlayış nəticəsində dörd nəfər ölüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.
Bundan əlavə, 9 nəfər yaralanıb.
Ehtimal olunur ki, partlayışa tezalışan qaz səbəb olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/cinde-tikilmekde-olan-tunelde-partlayis-bas-verdi-olenler-var
