The Daily Baku
NATO yanında Azərbaycan nümayəndəliyində beynəlxalq görüş keçirilib
9 iyun 2026
16:17

Azərbaycanın NATO yanındakı nümayəndəliyi alyansla tanışlıq proqramının 9 ölkədən olan iştirakçıları ilə görüş keçirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı nümayəndəliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə və Azərbaycanın NATO yanındakı hərbi nümayəndəsi polkovnik Ramil Həsənov Əlcəzair, Misir, Kolumbiya, Gürcüstan, Yaponiya, Qazaxıstan, Mərakeş, Türkmənistan və Ukraynadan olan nümayəndələri qəbul ediblər.
"Görüşdə iştirakçılara Azərbaycanın NATO ilə tərəfdaşlığı və ölkənin bu sahədəki təcrübəsi barədə məlumat verilib", - paylaşımda bildirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nato-yaninda-azerbaycan-numayendeliyinde-beynelxalq-gorus-kecirilib