SON XƏBƏRLƏR
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|
Bazar, 7 İyun 2026
The Daily Baku
The Daily Baku
Bazar, 7 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Dünya
  3. Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir
Dünya

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

20 aprel 2026
12:05
Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır.

Bunu Baş nazir Nikol Paşinyan bu gün hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı bəyan edib.

"Regionallaşma balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır, bunun başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də rahat inkişaf etmək qabiliyyətini təmin etməkdir. Bu mənada Gürcüstan, İran İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır və partiya bu yolu izləyəcək", - o deyib.

Paşinyanın fikrincə, regional əməkdaşlıq kontekstində nəqliyyat infrastrukturunun tam blokadadan çıxarılması, o cümlədən TRIPP layihəsinin (Beynəlxalq sülh və firavanlıq naminə Tramp marşrutu) həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun istismara verilməsi zəruridir: "Bu da regionda sülhü və əməkdaşlığı daha da möhkəmləndirəcək".

Baş nazir həmçinin İrəvanın Bakı və Ankara ilə münasibətlərdə uzun illər regionda sülhün bərqərar olmasına mane olan əvvəlki səhv mövqeyinə diqqət çəkib.

"Azərbaycan və Türkiyə ilə münasibətlərimizdə biz həmişə üçüncü ölkələr vasitəsilə hərəkət edirdik. Yəni bəyanat və planlarımızın 90%-ni və ya daha çoxunu üçüncü ölkələr vasitəsilə müzakirə edirdik. Kiminləsə üçüncü tərəf vasitəsilə ünsiyyət qurduğunuz zaman üçüncü tərəfin sizin mesajlarınızı ünvana düzgün çatdırdığına və öz mesajlarını ötürərkən düzgün davrandığına heç vaxt əmin ola bilməzsiniz, çünki üçüncü tərəfin öz ideyaları, öz maraqları, öz təsəvvürləri ola bilər və biz heç vaxt üçüncü tərəfin və üçüncü şəxslərin maraqlarının nə olduğunu bilmirik. Məhz buna görə də regionumuzda uzun illər sülh bərqərar olmurdu.

Və biz mövqeyimizi dəyişdik, biz bəyan etdik ki, əgər Türkiyə və Azərbaycanla danışacaq mövzularımız varsa, ki şübhəsiz var, onda niyə danışmayaq? Çünki mesajımızın ünvana çatacağının və dəqiq cavab alacağımızın yeganə zəmanəti budur", - o əlavə edib.

Hökumət başçısı həmçinin bəyan edib ki, Ermənistan regionallaşmanın praktik həyata keçirilməsi üçün "3+3" formatının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və buna öz töhfəsini verməyə hazırdır:

"Rusiyanın bu formatda iştirakı Ermənistan və Rusiya arasında münasibətlərin konstruktiv transformasiyası üçün də vacibdir".

Paşinyan həmçinin Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik münasibətlərin qurulmasını vacib adlandırıb. "Bu istiqamət 2026-2031-ci illər dövründə yeni impuls alacaq", - o əlavə edib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/pasinyan-ermenistan-azerbaycan-ve-turkiye-ile-munasibetleri-genislendirmek-isteyir
Paylaş:

Xəbər lenti

  • XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
    XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
  • Binədə mağazada güclü yanğın qeydə alınıb
    Binədə mağazada güclü yanğın qeydə alınıb
  • Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
    Moskva Vaşinqtonun iqtisadi əlaqələrlə bağlı mövqeyi ilə razılaşmır
  • Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
    Dron hücumundan sonra Krasnodarda neft bazası alovlanıb
  • Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib
    Əraqçi ABŞ-la danışıqlarda Livan məsələsinə münasibət bildirib