The Daily Baku
Pekin Şimali Koreya ilə strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
8 iyun 2026
14:30

Çin ikitərəfli münasibətlərin strateji idarə olunması üçün Şimali Koreya ilə əməkdaşlıq etməyə hazırdır.
"The Daily Baku" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin rəhbəri Si Cinpin Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşü zamanı bildirib.
"Çinin Şimali Koreya ilə ümumi maraqların və əlverişli strateji mühitin qorunub saxlanılmasına qəti sadiqliyi dəyişməyəcək. Çin və Şimali Koreya regional sülhü və inkişafı birgə dəstəkləməlidirlər", - Si Cinpin qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pekin-simali-koreya-ile-strateji-terefdasligi-guclendirmek-niyyetindedir