SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Qarabağ və Şərqi Zəngəzurda bərpa sıfırdan, ən yüksək standartlar əsasında aparılır
Siyasət

Qarabağ və Şərqi Zəngəzurda bərpa sıfırdan, ən yüksək standartlar əsasında aparılır

15 yanvar 2026
15:45
Qarabağ və Şərqi Zəngəzurda bərpa sıfırdan, ən yüksək standartlar əsasında aparılır

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə göstərdiyi xüsusi diqqət və bu bölgələrin bərpasına dair həyata keçirilən siyasət vahid dövlət konsepsiyasına əsaslanır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesi birbaşa dövlət başçısının müəyyən etdiyi strateji tələblər çərçivəsində reallaşdırılır və bu tələblərə ciddi şəkildə əməl olunur.

The Daily Baku xəbər verir ki, bunu politoloq Tofiq Abbasov deyib.

Politoloqun sözlərinə görə, hazırda azad edilmiş ərazilərdə aparılan quruculuq işləri köhnə infrastrukturun üzərində deyil, faktiki olaraq sıfırdan həyata keçirilir. Sovet dövründə və işğala qədər mövcud olmuş infrastrukturlar vaxtilə Azərbaycan xalqına xidmət etsə də, işğal illərində Ermənistan tərəfindən ya talan edilib, ya da tamamilə məhv olunub. Bu səbəbdən də bərpa prosesi ən müasir, ən yüksək texniki və ekoloji standartlara uyğun şəkildə aparılır.

Tofiq Abbasov bildirib ki, Prezident İlham Əliyevin əsas tələblərindən biri Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqidir. Burada söhbət təkcə yolların, tunellərin və körpülərin tikintisindən getmir. Elektrik, su, qaz xətləri, rəqəmsal kommunikasiya sistemləri, sosial və inzibati infrastrukturlar vahid bir sistem kimi qurulur. Məqsəd gələcəyin yaşayış məntəqələrini formalaşdırmaq, insanların həyat keyfiyyətini yüksəltmək və bu ərazilərin ölkənin ümumi idarəetmə sisteminə problemsiz inteqrasiyasını təmin etməkdir.

Politoloq vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər Azərbaycan torpaqlarının təxminən 20 faizini təşkil edir və bu, müasir Livan ərazisi ilə müqayisə edilə biləcək geniş bir məkandır. Belə böyük ərazinin dövlət sisteminə yenidən inteqrasiyası ciddi texnoloji, iqtisadi və idarəetmə yanaşması tələb edir. Prezidentin diqqəti məhz bütün kommunikasiya xətlərinin, şəhər və kənd infrastrukturlarının elə qurulmasına yönəlib ki, gələcəkdə onların istismarı zamanı heç bir çətinlik yaranmasın.

Tofiq Abbasov qeyd edib ki, bu proseslər təsadüfi və ya pərakəndə şəkildə deyil, elmi əsaslara, proqnozlara və dəqiq hesablamalara söykənən proqramlar əsasında icra olunur. Qarabağ və Şərqi Zəngəzurda yerli şirkətlərlə yanaşı, Türkiyə başda olmaqla bir sıra xarici ölkələrin qabaqcıl şirkətləri də fəaliyyət göstərir. Onların qarşısına qoyulan əsas tələb ondan ibarətdir ki, bu ərazilərdə gələcək qurulur və bu gələcəyin faydasını ilk növbədə Azərbaycan vətəndaşları görməlidir.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin bölgələrə səfərləri zamanı yerli əhali və yeni məskunlaşan sakinlərlə birbaşa ünsiyyətə xüsusi önəm verməsi təsadüfi deyil. Dövlət başçısı insanların gözləntilərini, ehtiyaclarını, gələcək planlarını şəxsən dinləyir və bu fikirlər bərpa konsepsiyasının formalaşmasında nəzərə alınır. Memarlıqdan başlayaraq sosial rahatlığa, məşğulluqdan gündəlik həyat keyfiyyətinə qədər bütün məsələlər dövlət səviyyəsində kompleks şəkildə həll olunur.

Tofiq Abbasov xatırladıb ki, işğal dövründə Ermənistan Qarabağda və ətraf rayonlarda heç bir real quruculuq işi aparmayıb. Xaricdən gələn maliyyə və ianələr infrastrukturun inkişafına deyil, korrupsiya və şəxsi maraqlara yönəldilib. Nəticədə bölgə tamamilə xarabalığa çevrilib. Azərbaycan isə 2023-cü ilin sentyabrında ərazi bütövlüyünü tam bərpa etdikdən sonra real vəziyyəti ortaya qoydu və bərpa prosesinə sistemli şəkildə başladı.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin “ağıllı şəhər və kəndlər” konsepsiyası həm də siyasi və mənəvi mesaj daşıyır. Məqsəd təkcə dağıdılmış əraziləri bərpa etmək deyil, həm də bütün dünyaya göstərməkdir ki, Azərbaycan Qarabağı hansı vəziyyətdə geri aldı və qısa müddətdə orada necə müasir, təhlükəsiz və komfortlu yaşayış mühiti formalaşdırdı.

Tofiq Abbasov qeyd edib ki, hazırda əsas hədəf dayanıqlı məskunlaşmanın təmin olunmasıdır. Dayanıqlı məskunlaşma isə yalnız evlərin tikilməsi ilə deyil, iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi, sosial xidmətlərin əlçatan olması ilə mümkündür. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıqlar verilib, özünüməşğulluq proqramları həyata keçirilir, DOST xidmətlərinin fəaliyyət dairəsi genişləndirilir və 2026-cı ilədək bu bölgələrdə yeni DOST mərkəzlərinin açılması planlaşdırılır.

“Nəticə etibarilə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi təsadüfi addımların deyil, dərin düşünülmüş, proqramlı və gələcəyə hesablanmış dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyev bu prosesi şəxsən nəzarətdə saxlayır, bütün məsələləri yerində yoxlayır və insanların qarşılaşdığı problemlərin operativ həllinə çalışır. Bu, yüksək dövlətçilik mədəniyyətinin və məsuliyyətli idarəetmənin bariz nümunəsidir”, – deyə politoloq Tofiq Abbasov vurğulayıb.
Onun fikrincə, artıq bu proses öz real nəticələrini göstərməyə başlayıb və yaxın illərdə Qarabağ və Şərqi Zəngəzur dünyanın gözü qarşısında müasir, dayanıqlı və cəlbedici bir region kimi tam şəkildə formalaşacaq.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/qarabag-ve-serqi-zengezurda-berpa-sifirdan-en-yuksek-standartlar-esasinda-aparilir
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub