SON XƏBƏRLƏR
Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qaz və qaz-kondensat yataqlarının əfsanəsi: elmi ilə tarix yazan azərbaycanlı alim
Cəmiyyət

Qaz və qaz-kondensat yataqlarının əfsanəsi: elmi ilə tarix yazan azərbaycanlı alim

3 fevral 2026
15:22
Qaz və qaz-kondensat yataqlarının əfsanəsi: elmi ilə tarix yazan azərbaycanlı alim

Qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı sahəsində dünya miqyasında  tanınan  azərbaycanlı alim  Zahid Əliyev, elmi fəaliyyəti ilə  beynəlxalq enerji elminin inkişafına mühüm töhfələr verib.  Onun  elmi nailiyyətləri beynəlxalq miqyasda da yüksək dəyərləndirilib. 2004-cü ildə Böyük Britaniyada o, “Dünyanın 100 görkəmli insanından biri” və “XX əsrin 2000 görkəmli şəxsindən biri” sırasında yer alıb. İngiltərənin Kembric Universiteti tərəfindən alimə “Canlı Əfsanə” titulu təqdim olunub. ABŞ-da isə Zahid Əliyev “Beynəlxalq Sülh Səfiri” ordeni və “Beynəlxalq Sülh Mükafatı” ilə təltif edilib.

Fundamental tədqiqatları, istehsalatla sıx bağlı elmi yanaşmaları və uzun illər davam edən pedaqoji fəaliyyəti Zahid Əliyevin qaz sənayesində nüfuzlu alim kimi tanınmasına zəmin yaradıb.

“The Daily Baku” Zahid Əliyevin həyat yolu və elmi fəaliyyəti ilə bağlı araşdırma aparıb.

Zahid Əliyev 1935-ci il martın 10-da Şəmkir rayonunun Zəyəm qəsəbəsində, dəmiryolçu ailəsində  ailənin 8 uşağından biri olaraq dünyaya gəlib. Atası Səməd Əliyev  1918-ci ildə, kiçik yaşlarında İrəvanda erməni radikallarının azərbaycanlılara qarşı törətdiyi soyqırımlarda ailəsini və yaxınlarını  itirərək bacısı ilə birlikdə  Azərbaycana pənah gətirib.

Z.Əliyevin  uşaqlığı müharibənin və müharibədən sonrakı ağır illərin payına düşüb. Atası Səməd 1941-ci ildə müharibəyə gedir, anası altı uşağı təkbaşına böyütməyə çalışır. Uşaqlar ac, yalın ayaq axşama qədər çörəkpulu qazanan ananın yolunu gözləyirdilər. Bacısı kiçik  Solmaz və qardaşı Vahid zamanın bu çətinliklərinə dözmür və həyata erkən vəda edirlər.

 Müharibə illərində Zahid  kiçik olsada da, hər zaman anasının yanında olur, ona bacardığı qədər yardım etməyə çalışır. Müharibədən sonrakı dövrdə 11-12 yaşında olarkən o,  yay aylarında həyətlərində yetişən meyvələri toplayıb Zəyəm stansiyasından qatara minər, Tiflis bazarına  aparıb satar,qazandığı  pulun hamısını anasına verərdi. Hətta bir dəfə stansiyaların birində oğrular onun pulunu alıb, özünü vaqondan atmaq istəyirlər lakin  təsadüf nəticəsində onların əlindən qurtulur.

Lakin bu  çətinliklər  heç vaxt onun oxumaq həvəsini azaltmır.  Zahid məktəbə getdiyi ilk gündən müəllimlərinin diqqətini çəkir. O, kitab oxumağı çox sevərmiş, hətta o qədər kitab oxuyurmuş ki, atası Səməd  zarafatla ona   "Qorxuram oğlan Don Kixot ola " deyərmiş.

1952-ci ildə orta məktəbi qızıl medalla bitirən Zahid həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)  daxil olur, 1957-ci ildə institutu “Neft yataqlarının işlənməsi” ixtisası üzrə bitirdikdən sonra elmi fəaliyyətə başlayır. 1957–1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Neft Ekspedisiyasında, 1958–1960-cı illərdə isə Azərbaycanın Neftçıxarma Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi kimi çalışır.

1964-cü ildə Ümumittifaq Qaz Elmi-Tədqiqat İnstitutunda (VNIİgaz) “Təbii qat təzyiqinin saxlanılmaması şəraitində qaz-kondensat yataqlarının işlənməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1965–1968-ci illərdə Bolqarıstanda Çiren və Novo-Oryaxovo qaz-kondensat yataqlarının işlənməsi layihələrinin baş mühəndisi kimi fəaliyyət göstərir.

1969-cu ildən Ümumittifaq Qaz Elmi-Tədqiqat İnstitutunun (VNIİgaz) baş elmi işçi kimi çalışaraq  eyni zamanda 1969–1973-cü illərdə Almaniya Demokratik Respublikasında qaz yataqlarının işlənməsi üzrə baş məsləhətçi olur.

1973–1979-cu illərdə yenidən VNIİgazda böyük elmi işçi vəzifəsində fəaliyyətini davam etdirir.

1979–1982-ci illərdə Rusiya Dövlət Neft və Qaz Universitetində (indiki İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti) baş müəllim, 1982–1987-ci illərdə isə dosent kimi çalışır. 

1984-cü ildə MİNHiQP – İ.M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda “İlkin məlumatların əldə olunması və qaz, qaz-kondensat quyularının istismar rejiminin əsaslandırılması üçün qaz-hidrodinamik metodların işlənməsi və tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

1987-ci ildən etibarən həmin universitetin “Qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı” kafedrasında professor kimi fəaliyyət göstərir. O, həmçinin 1980-ci ildən Moskva Neftkimya və Qaz Sənayesi İnstitutunda baş müəllim, sonralar dosent kimi çalışır.

Zahid Əliyev 1996-cı ildən Rusiya Təbiət Elmləri Akademiyasının və Beynəlxalq Neft və Qaz Elmləri Akademiyasının akademiki, eyni zamanda Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü olub. O, həmçinin Təbiət və Cəmiyyət üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki idi. 1962–1970-ci illərdə VNIİgaz Elmi-Texniki Şurasının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib.

Alimin elmi irsi son dərəcə zəngindir. Zahid Səməd oğlu Əliyev ümumilikdə 327 elmi işin, o cümlədən 20 monoqrafiya və 23 tematik broşürün müəllifidir. Onun elmi rəhbərliyi altında 13 nəfər elmlər namizədi hazırlanıb. Qaz sənayesində geniş istifadə olunan bir sıra fundamental əsərlərin müəllifidir: “Quyuların tədqiqi üzrə rəhbərlik” (Moskva, Nauka, 1995),  “Qaz və qaz-neft yataqlarının işlənməsinin layihələndirilməsi üzrə rəhbərlik” (Peçora, 2002),  “Qaz hasilatı texnologiyasının əsasları” (Moskva, Nedra, 2003), “Üfüqi quyuların tədqiqi” (Moskva, Neft və qaz, 2004).

Z.Əliyev İ.M. Qubkin adına Neft və Qaz Universitetində qaz yataqlarının işlənməsi və istismarı texnologiyası, üfüqi quyuların tətbiqi, neft-qaz yataqlarının modelləşdirilməsi, layların fizikası və riyazi modelləşdirmə metodları üzrə mühüm fənlər tədris edib.

Onun elmi və istehsalat fəaliyyəti yüksək səviyyədə qiymətləndirilib. O, 1972-ci ildə Almaniya Demokratik Respublikasının “Vətən qarşısında xidmətlərinə görə” ordeni, 1973-cü ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub. 1981-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına, 1982-ci ildə “Qaz sənayesinin qabaqcıl işçisi” döş nişanına layiq görülüb. 2005-ci ildə “Yanacaq-Enerji Kompleksinin fəxri işçisi” nişanı və Rusiya Təbiət Elmləri Akademiyasının Vernadski medalı ilə təltif edilib.

Alim beynəlxalq miqyasda da geniş tanınıb. ABŞ-da bir neçə il (2004, 2005, 2006, 2007, 2008) ardıcıl olaraq “İlin adamı”, 2004-cü ildə Böyük Britaniyada “Dünyanın 100 görkəmli insanından biri” və “2005-ci ilin peşəkarı” adına layiq görülüb, ABŞ-da fəxri qızıl medal və “Rusiya üçün qızıl medal” (2007),“Beynəlxalq Sülh Səfiri” ordeni (2006, ABŞ), “Beynəlxalq Sülh Mükafatı” (2005, ABŞ),  “Canlı Əfsanə”  (2005, Kembric,İngiltərə), “Zati-aliləri” fəxri titulu (2006, İngiltərə), “XX əsrin 2000 görkəmli şəxslərindən biri” (2005, İngiltərə),kimi nüfuzlu titullara layiq görülmüş, 2008-ci ildə akademik İ.M. Qubkin adına mükafatın laureatı olub. 

Zahid Əliyev 2022-cil iyulun 22-də Moskva şəhərində vəfat edib. Onun  elmi irsi, yetişdirdiyi kadrlar və fundamental əsərləri bu gün də qaz sənayesinin inkişafında mühüm istinad mənbəyi olaraq qalır.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/qaz-ve-qaz-kondensat-yataqlarinin-canli-efsanesi-elmi-ile-tarix-yazan-azerbaycanli-alim
Paylaş:

Xəbər lenti

  • Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
    Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb