SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. Rövşən Nəcəf: "Üç "yaşıl dəhliz" 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər"
Gündəm

Rövşən Nəcəf: "Üç "yaşıl dəhliz" 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər"

8 yanvar 2026
18:00
Rövşən Nəcəf: "Üç "yaşıl dəhliz" 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər"

Azərbaycan fəal şəkildə üç böyük "yaşıl enerji" dəhlizi formalaşdırır - Xəzər dənizi-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa.


"The Daily Baku" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Dünya İqtisadi Forumunun saytında dərc olunmuş məqaləsində deyilir.

R.Nəcəfin sözlərinə görə, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanması Avropaya "yaşıl enerji" dəhlizinin formalaşdırılması istiqamətində atılan mühüm addım olub.

O qeyd edib ki, enerji keçidinə dair milli strategiyalar dekarbonizasiya sahəsində regional faydalar gətirə bilər. Strateji coğrafi mövqeyi, mövcud infrastrukturu və inkişaf etmiş enerji tərəfdaşlıqları nəzərə alınmaqla Azərbaycan Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında əlaqələndirici həlqə olmağa imkan verən unikal mövqeyə malikdir.

"Ümumilikdə üç "yaşıl enerji" dəhlizi 10 QVt-a qədər bərpa olunan elektrik enerjisi ötürə biləcək ki, bu da Azərbaycanın gələcəkdə sərhədlərarası təmiz enerji ötürmə qovşağı kimi rolunu möhkəmləndirəcək", - SOCAR-ın prezidenti vurğulayıb.

R.Nəcəf qeyd edib ki, dünya qlobal enerji landşaftının inkişafında dönüş nöqtəsindədir. Aşağı karbonlu gələcəyə doğru irəliləmə şəraitində enerji keçidi təkcə ekoloji zərurət deyil, həm də iqtisadi transformasiya amilinə çevrilir. Bununla yanaşı, infrastruktura, ekspertizaya və investisiya imkanlarına malik olan ənənəvi enerji istehsalçıları aparıcı rol oynamağa davam edir.

"Azərbaycan karbohidrogen hasilatına əsaslanan iqtisadiyyatın bərpa olunan enerji mənbələrinin inkişafı, ötürücü şəbəkələrin modernləşdirilməsi və ölkə boyu "yaşıl yenidənqurma"nın tətbiqi hesabına enerji təhlükəsizliyini təmin etməklə yanaşı, dekarbonizasiyanı necə təşviq edə biləcəyini nümayiş etdirir", - o bildirib.

SOCAR-ın prezidenti vurğulayıb ki, qlobal iqtisadi və geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi və iqlim dayanıqlığı Azərbaycan üçün əsas prioritetlərə çevrilib. Onun fikrincə, belə bir yanaşma enerji sisteminin etibarlılığına və makroiqtisadi sabitliyə xələl gətirmədən bərpa olunan enerji mənbələrini inteqrasiya etməyə imkan verir.

O xatırladıb ki, "təmiz ətraf mühit və yaşıl artım" "Azərbaycan-2030" strategiyasında təsbit olunmuş prioritetdir. Bu siyasət çərçivəsində Enerji Səmərəliliyi Fondu ətraf mühitə təsirin azaldılması və enerji sektorunun səmərəliliyinin artırılmasını hədəfləyən layihələr üçün kreditlər, qrantlar və subsidiyalar təqdim edəcək.

"Azərbaycan karbohidrogen sənayesinin potensialından istifadəni davam etdirməklə yanaşı, bərpa olunan enerji istehsalını artırır. Ölkə 2007-ci ildən elektrik enerjisinin netto-ixracatçısıdır, 2023-cü ilədək istehsal həcmi 29,3 milyard kVt/saat təşkil edib ki, bu da 10 il əvvəlki səviyyədən 25,5 % çoxdur.

2016-cı il üzrə Strateji Yol Xəritəsinə əsasən, hökumət enerji balansını şaxələndirməyi və BOEM-in payını artırmağı planlaşdırır. Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. Məqsəd 2030-cu ilədək elektrik enerjisi istehsalında BOEM-in payını təxminən 40 %-ə çatdırmaqdır", - R.Nəcəf bildirib.

O xatırladıb ki, son beş ildə ölkədə bir sıra iri BOEM obyektləri, o cümlədən Xəzər regionunda ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" stansiyası istifadəyə verilib.

"Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası fəal şəkildə inkişaf edir, burada ümumi gücü 270 MVt olan 32 stansiya fəaliyyət göstərir və 500 MVt-a qədər genişləndirilməsi planlaşdırılır. "ACWA Power" və SOCAR ilə birgə 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyası inşa edilib və onun 2025-ci ilin sonunadək tam həcmdə fəaliyyət göstərəcəyi gözlənilir.

Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) illik 1,7 milyard kVt/saatdan artıq olan istehsal gücünə malik günəş enerjisi layihələrinin maliyyələşdirilməsi tamamlanıb, həmçinin azad edilmiş ərazilərdə sənaye miqyaslı ilk günəş enerjisi layihəsi olan 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası həyata keçirilir", - SOCAR-ın rəhbəri vurğulayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə SES-lərdə elektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi istehsalı isə 12,6 dəfə artıb.

R.Nəcəf qeyd edib ki, SOCAR enerji təhlükəsizliyi, keçid dövrü təşəbbüsləri, rəqəmsallaşma və innovasiyaları birləşdirən uzunmüddətli strategiya həyata keçirir: "Xüsusilə "Petkim" neft-kimya kompleksi və STAR neft emalı zavodu "Industry 4.0" həllərinin tətbiqinə görə Dünya İqtisadi Forumu tərəfindən "Global Lighthouse" şəbəkəsinin obyektləri kimi tanınıb. "SOCAR Carbamide" zavodunda 2024-2025-ci illərdə süni intellekt texnologiyalarının tətbiqi resurs istehlakını azaltmağa və 13 milyon ABŞ dolları məbləğində əlavə dəyər yaratmağa imkan verib".

Onun sözlərinə görə, qlobal enerji keçidi karbohidrogenlərdən kəskin imtina deyil, mövcud istehsalçıların və infrastrukturun vacib rol oynamağa davam etdiyi mərhələli transformasiyadır.

"SOCAR-ın ənənəvi neft və qaz istehsalçısından inteqrasiya olunmuş enerji şirkətinə təkamülü təcrübəli oyunçuların eyni zamanda enerji təhlükəsizliyi və iqlim gündəliyinin hədəflərini necə irəli apara biləcəyini nümayiş etdirir", - o, sonda bildirib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/rovsen-necef-uc-yasil-dehliz-10-qvt-a-qeder-elektrik-enerjisinin-oturulmesini-temin-ede-biler
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub