SON XƏBƏRLƏR
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb|Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir|İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib|Azərbaycanın minifutbol millisi Avropa çempionu olub|"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir|Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir|Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq|Azərbaycan avtonom nəqliyyat vasitələri tətbiqinə hazırlaşır|
Şənbə, 6 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 6 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Biznes
  3. Yaşıl enerji koridorları Türk dünyasını yeni qlobal güc xəttinə çevirir
Biznes

Yaşıl enerji koridorları Türk dünyasını yeni qlobal güc xəttinə çevirir

12 yanvar 2026
14:52
Yaşıl enerji koridorları Türk dünyasını yeni qlobal güc xəttinə çevirir

Yaşıl dönüşüm və yaşıl enerji siyasətləri çərçivəsində Azərbaycan–Naxçıvan, Türkiyə–Avropa–Azərbaycan və Türkiyə–Gürcüstan–Bolqarıstan istiqamətlərində formalaşan yaşıl enerji koridorları Türk dünyasının geosiyasi, geostrateji və geoekonomik potensialını yeni mərhələyə daşıyır.

Bunu “The Daily Baku”ya açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirib.

Onun sözlərinə görə, Türkiyənin enerji ötürülməsi və enerji saxlanması mərkəzi kimi mövqeyinin güclənməsi Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyət daşıyır:“Yaşıl dönüşüm və yaşıl enerji siyasətləri çərçivəsində Azərbaycan və Türkiyə üzərindən enerji potensialının regional və Avropa bazarlarına daşınması Türkiyənin enerji keçid və depolama mərkəzi kimi rolunu daha da möhkəmləndirir. Bu, Türkiyənin, Azərbaycanın və Türk dünyasının geosiyasi, geostrateji və geoekonomik hədəflərini çox yüksək səviyyəyə daşıya biləcək imkan və qabiliyyətlərə malik olduğunu bir daha xatırladır.”


İsmail Cingöz qeyd edib ki, tarix boyu Anadolu və Qafqaz coğrafiyası geosiyasi və geoiqtisadi baxımdan hər zaman ön sıralarda yer alıb və bu tendensiya müasir dövrdə daha da güclənir: “Tarixin hər mərhələsində Anadolu və Qafqazlar geosiyasi, strateji və geoekonomik baxımdan önəmli mövqedə olub. Bu gün isə həmin mövqelərin daha da yuxarı səviyyəyə qalxdığını görürük. Pekin–London xəttində yeni dünya sistemi inşa edilərkən Türk dünyasının, Qafqazların və Anadolunun paylaşıla bilməyən bir coğrafiya olaraq ön plana çıxması təsadüfi deyil.”

Ekspert vurğulayıb ki, yeni dünya sisteminin formalaşdığı bir dövrdə Azərbaycan və Türkiyənin lokomotivliyi ilə Türk dünyası üçüncü qütb kimi ortaya çıxır:
“Yeni dünya sistemi qurularkən Azərbaycan və Türkiyənin lokomotiv rolunda Türk dünyasının üçüncü qütb olaraq səhnəyə çıxması bizə qürur verir. Bu proses Ankaranın Avropanın enerji təhlükəsizliyi və iqlim gündəmindəki siyasi və strateji çəkisini yaşıl enerji çərçivəsində daha da artıracaq.”

Onun fikrincə, Türkiyə, Azərbaycan və Türküstan coğrafiyası yeraltı və yerüstü resursları, Şərq–Qərb arasında ticarət və enerji marşrutlarının əsas xətti olması səbəbindən paylaşıla bilməyən bir məkan olaraq qalır: “Yeni dünya sistemi məhz buna görə Türküstan coğrafiyasını, TDT-ni Azərbaycan–Türkiyə lokomotivliyində üçqütblü dünya düzəninin inşasında mühüm mərhələyə çevirir. Bu, bizim imkan və qabiliyyətlərimizin hər gün daha aydın ortaya çıxdığını göstərir.”

İsmail Cingöz qeyd edib ki, bu mərhələdə Türkiyəni təkbaşına deyil, Qafqazlar, Azərbaycan və bütövlükdə Türk dünyası ilə birlikdə dəyərləndirmək zəruridir:
“TDT dövlətlərindən hər hansı birinin geosiyasi və geoekonomik dəyərləndirilməsi lokal deyil, məhz Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılmalıdır. Əks halda lokal yanaşmalar bizim böyük potensialımızın görməzdən gəlinməsinə səbəb ola bilər.”

Ekspert əlavə edib ki, Türk dünyasında hər hansı bir qarşıdurma və ya gərginlik qlobal enerji, ticarət və siyasi kilidlənməyə yol aça bilər: “Türküstan coğrafiyasında hər hansı bir qarışıqlıq dünyanın enerji və ticarət sistemində ciddi bloklanma yaradar. Bu baxımdan TDT-nin mövcudluğu və təhlükəsizliyi qlobal sabitliyin də qarantı kimi qiymətləndirilməlidir.”

Sonda İsmail Cingöz vurğulayıb ki, yaşıl enerji dönüşümündə fəal iştirak Türkiyəni regional enerji mərkəzinə çevirir və bu rol bütövlükdə Türk dünyasına şamil olunmalıdır: “Yaşıl enerji dönüşümündə fəal yer almaq Türkiyəni regional enerji mərkəzinə çevirir. Bu isə eyni zamanda bütün Türk dünyasına verilmiş strateji rol kimi dəyərləndirilməlidir. Biz öz potensialımızın fərqində olmalı və onu birlikdə qorumalıyıq.”

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/yasil-enerji-koridorlari-turk-dunyasini-yeni-qlobal-guc-xettine-cevirir
Paylaş:

Xəbər lenti

  • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
    Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
  •     Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
    Rusiya və Ukrayna növbəti humanitar mübadilə razılaşmasını icra edib
  •     İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yalnız bir nüvə obyektində yoxlama imkanı yaradıb
  •     İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
    İran rəsmiləri genişmiqyaslı əfv tədbiri barədə məlumat yayıb
  •     Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub
    Livandakı humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub