İsrail qüvvələri Qəzzada növbəti hədəfli əməliyyat həyata keçirib

İsrailin Müdafiə Ordusu və xüsusi xidmət orqanı HƏMAS-ın "Nuhba" bölməsinin komandiri Zakar Əbu Kərimi zərərsizləşdirib.
"The Daily Baku"nun "Ynet" istinadən məlumatına görə, bu barədə ordunun nümayəndəsi xəbər verib.
Məlumata görə, Əbu Kərim 7 oktyabr 2023-cü il hadisələri zamanı Kisufim kibutsuna (İsrailin kənd təsərrüfatı kommunası - red) basqının liderlərindən biri olub.
"O, Qəzza zolağında müharibə boyunca İsrailin Müdafiə Ordusu qüvvələrinə qarşı terror əməliyyatları təşkil edib və həyata keçirib. Bu yaxınlarda atəşkəs müqaviləsini pozub, evində çoxlu sayda silah saxlayıb, təşkilatı yenidən qurmağa və gələcək hücumlara hazırlıq üçün təlim təlimləri keçirməyə çalışıb", - İsrail hərbçiləri bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.