Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının (AES) ətrafındakı xüsusi əraziyə yenidən zərbə endirib.
"The Daily Baku"nun məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə teleqram kanalında yazıb.
"Şahed" PUA-sı vacib infrastruktur obyekti olan işlənmiş nüvə yanacağı üçün mərkəzləşdirilmiş saxlama kompleksinin binalarından birinə zərbə endirib. Son dərəcə kritik bir infrastruktur obyekti. Ukrayna Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi və bütün xidmətlərimiz artıq vəziyyəti tərəfdaşlarımıza bildirmək üçün çalışır. Rusiya bu nüvə infrastruktur obyektinə qəsdən zərbə endirib", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/zelenski-nuve-tehlukesizliyi-ile-bagli-narahatligini-ifade-edib
