The Daily Baku
Pakistanda hərbi helikopterin düşməsi ilə bağlı araşdırma aparılır
10 iyun 2026
16:00

Pakistanda ordu aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.
''The Daily Baku'' "DAWN"a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.
"Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur", - bəyanatda qeyd olunub.
Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistanda-herbi-helikopterin-dusmesi-ile-bagli-arasdirma-aparilir