Azərbaycanın NATO yanındakı missiyası xeyriyyə yarmarkasında iştirak edib

Azərbaycanın NATO yanındakı missiyası Alyansın Brüsseldəki mənzil-qərargahında keçirilən xeyriyyə yarmarkasında iştirak edib.
Bu barədə "The Daily Baku" nümayəndəliyin "X" sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir.
"Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsindəki təşəbbüslərin fəal iştirakçısı kimi xeyriyyə və ictimai yönümlü layihələrdəki çoxillik iştirakı tamamlayan və humanitar əməkdaşlığın inkişafını dəstəkləyən bu cür tədbirləri yüksək qiymətləndirir. Biz Azərbaycanın kulinariya ənənələrini, mədəniyyətimizin müxtəlifliyini əks etdirən ev təamlarının çeşidlərini təqdim edərək həmkarlarımız və mənzil-qərargahın qonaqları ilə ünsiyyət qurmaqdan şad olduq", - paylaşımda bildirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.