Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın nəzarəti altında olan Mariupol Dəniz Ticarət Limanının obyektlərinə zərbə endirib.
Bu barədə ''The Daily Baku'' Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram"dakı məlumatına istinadən xəbər verir.
"Zərbə nəticəsində limanın enerji, təmir və idarəetmə infrastrukturu, həmçinin liman logistikasının fəaliyyətini təmin edən obyektlər zədələnib", – məlumatda qeyd olunub.
Bundan başqa, Rusiya qoşunlarının Mariupol limanından logistika qovşağı kimi istifadə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb.
Rusiya limandan hərbi logistika, həmçinin Ukrayna taxılı, kömürü və metalının ölkəyə qanunsuz daşınması üçün istifadə edirdi.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukrayna-azov-denizi-sahilindeki-limana-zerbe-endirib
